Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda təcili yardım maşını qəzaya düşdü:

Bakıda təcili yardım maşını qəzaya düşdü:

Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı olmadan "Khazar" markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.

Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.