Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıya ərzaq məhsulları gətirənlərin diqqətinə: “Formula-1”ə görə qaydalar dəyişdi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ''Formula- 1'' Azərbaycan Qran-Prisi ilə əlaqədar rayonlardan paytaxta gələn yük avtomobili sürücülərinə məhdudiyyət tətbiq edib. Ərzaq və kənd təsərrüfatı malları daşıyan avtomobil sürücüləri şəhərə onlar üçün ayrılan vaxtda daxil ola biləcəklər. Bu vaxt günün hansı saatında olacaq və qaydaları pozan sürücülər nə qədər cərimə ediləcəklər?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ''Formula-1'' Azərbaycan Qran-Prisi ilə əlaqədar rayonlardan paytaxta kənd təsərrüfatı və ərzaq məhsulu gətirən sürücülərin hərəkətinə məhdudiyət tətbiq olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, paytaxtda nəqliyyatın sıxlığının qarşısının alınması məqsədilə iyun ayının 6-dan 13-dək ərzaq daşıyan avtomobillərin şəhərə girişinə günün müəyyən vaxtlarında icazə vəriləcək.

Rövşən Tağıyev bildirdi ki, bunun üçün xüsusi postlar qurulmayacaq. Şəhərin giriş hissələrinə yaxın stasionar postlarda yol polisi gücləndirilmiş rejimdə işləyəcək və bu cür nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq. Bundan başqa bəzi hallarda minik avtomobillərinin banında, yük daşınması nəzərdə tutulan hissədə  kənd təsərrüfatı mallarının da müəyyən edilmiş vaxtdan kənar daşınmasının qarşısı alınacaq. Qeyd edək ki, qoyulan qadağalara əməl etməyən sürücülər inzibati qaydada cərimə olunacaqlar.

Paytaxt daxili yollarda çörək, ərzaq və kənd təsərrüfatı mallarının daşınmasında isə heç bir qadağa yoxdur. Rayonlardan paytaxt istiqamətində sərnişin avtobuslarının hərəkətinə gəldikdə isə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi bildirdi ki, bununla bağlı da heç bir qadağa qoyulmayıb.

Hərəkətin təhlükəsizliyini təmin etmək üçün, yol polisi yarış ərəfəsində istismar müddəti çox olan və nəqliyyat vasitəsi nasaz olan sürücülərə isə ümumiyyətlə yola çıxmamalarını xahiş edir. 

XəzərXəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az