Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bayden Floridada fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden yaxınlaşan "İyan" tropik qasırğası ilə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi dair fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən məlumat verilib.

O, əyalət orqanlarına federal yardım göstərilməsini əmr edib.

"Bu gün Prezident Cozef Bayden Florida ştatı üçün fövqəladə vəziyyət elan etdi və "İyan" tropik qasırğasının yaratdığı fövqəladə vəziyyətlər səbəbindən yerli hakimiyyət orqanlarının səylərini tamamlamaq üçün federal yardımın göstərilməsini əmr etdi", - məlumatda deyilir.

ABŞ prezidentinin sərəncamı Floridanın ABŞ Daxili Təhlükəsizlik Departamentindən, həmçinin Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyindən yardım alacağını nəzərdə tutur.

Hüseyn İbadlı