Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bolsonaru Braziliyada keçirilən prezident seçkilərində liderdir

Braziliyada oktyabrın 2-də keçirilən prezident seçkilərində elektron seçki qutuları protokollarının 52,21 faizinin hesablanmasından sonra hazırkı Prezidenti Jair Bolsonaru 46,31 faiz səslə liderliyini davam etdirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) saytında real vaxt rejimində yenilənən məlumatda deyilir.

Mühafizəkar siyasi baxışlara sadiq olan Braziliya liderinə 27,7 milyon insan səs verib. Onun əsas rəqibi, sosialist Luis İnasiu Lula da Silva ilkin fərqi aradan qaldıraraq 26,8 milyon seçicinin (44,86 %) dəstəyini qazanıb.

Məlumata görə, qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı 156 milyon nəfəri ötüb.

“Globo” telekanalı ekspertlərinin fikrincə, səslərin hesablanması davam etdikcə namizədlər arasında fərq azalmağa davam edəcək.