Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Braziliyada seçkilər vətəndaş qarşıdurmasına dönə bilərmi?  

Braziliyada seçkilər vətəndaş qarşıdurmasına dönə bilərmi?  

Braziliya “Trampı” indidən hər kəsi təhdid edir

Braziliyalılar bu gün ölkədə son onilliklərin ən qütbləşmiş prezident və parlament seçkilərinin ilk turunda səs verirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, solçu Luiz İnasio Lula da Silva sağçı namizəd Jair Bolsonaru üzərində tam qələbə qazana bilə.

Əksər rəy sorğuları Lulanın favorit olaraq göstərir.

Lakin Bolsonaro indidən məğlubiyyətini qəbul etməyəcəyinə işarə vurur. Bu da ölkədə konstitusion böhran və ya seçki sonrası zorakılıq qorxusunu artırıb.

Ölkəyə hələ 2003-2010-cu illərdə rəhbərlik edən Lula səslərin 50%-dən çoxunu alsa ikinci tur keçirilməyəcək.

Qalib Braziliya vaxtı ilə saat 17:00-da, səsvermə bitdikdən sonra bir neçə saat ərzində elan edilə bilər.

Boş və korlanmış bülletenlər istisna olmaqla, heç bir namizəd səslərin yarısından çoxunu qazanmasa, oktyabrın 30-da ikinci tur baş tutacaq.

Bolsonaru isə demək olar ki, seçicilərlə hər görüşündə hələ seçki baş tutmadan səsvermənin nəticələrinə etiraz edir, saxtakarlıq iddiaları irəli sürür, seçki orqanlarını ona qarşı sui-qəsddə suçlayır. Dövlət başçısı hətta hərbçilərdən səslərin paralel hesablanmasını tələb edib, lakin sonunculardan rədd cavabı alıb.

Siyasi ekspertlər seçkilərdən sonra Bolsonaru tərəfdarlarının eynilə Trampın 2021-ci ildə ABŞ Kapitoluna hücumuna bənzər sosial iğtişaşları doğura biləcəyindən yazırlar.

Jair Bolsonaru, səsvermənin “təmiz və şəffaf” olması halında, seçkinin nəticələrinə hörmətlə yanaşacağını söyləyib. Lakin bunun üçün hər hansı meyarı göstərməyib.

Musavat.com