Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Britaniya hərbi büdcəsini 100 milyard funt-sterlinqə çatdırmağı planlaşdırır

Britaniya hərbi büdcəsini 100 milyard funt-sterlinqə çatdırmağı planlaşdırır

Böyük Britaniyanın illik hərbi büdcəsini 2030-cu ilə qədər 100 milyard funt-sterlinqə (108 milyard dollar) qədər artırmağı planlaşdırır.

Trend "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ben Uolles deyib.

"Hazırkı proqnoza görə, söhbət 2029-30-cu illərdə təxminən 100 milyard funt-sterlinqlik müdafiə büdcəsindən gedir. Hazırda 48 milyard funt-sterlinqimiz var. Fərq budur. Səkkiz il ərzində bu, böyük məbləğdir", - deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, kəşfiyyat və müşahidəyə xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Hərbi büdcə artdıqca Böyük Britaniyanın Silahlı Qüvvələrinin sayı da artacaq.