Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu 3 amil 200 ildən sonra bizi qalib etdi - DETALLAR

Bu 3 amil 200 ildən sonra bizi qalib etdi - DETALLAR

Tanınmış hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu Musavat.com-a bildirib ki, Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində göstərdiyi şücaətlə sadəcə tarixi qisasımızı almadı, eyni zamanda mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Vətən müharibəsilə son 200 ildə ilk dəfə itirilənlərin bərpa edilməsi istiqamətində bir fəaliyyəti başlatmış olduq.

f5ee6f9efef880cd8c8bbab1c1580202.png (258 KB)

Ekspert əlavə edib ki, Azərbaycan Ordusu elə bir qəhrəmanlıq dastanı yazdı ki, bütün dünya əsrlər boyu bundan danışacaq:

"İkinci Qarabağ müharibəsi qəhrəman xalq olduğumuzu bir daha sübut etdi. Azərbaycanın mərd oğulları döyüş meydanında vətənpərvərlik, şücaət, mübarizlik, əzmkarlıq, dözümlülük, saymaqla bitməyən əsl qəhrəmanlara xas xüsusiyyətlər nümayiş etdirdilər. Bu qəhrəmanlıq müasir silahlarla, güclü maddi-texniki bazayla, yüksək döyüş hazırlığı ilə bütünləşərək ordumuzun yenilməzliyini təmin etdi. Ölümsüzlük şəhidlərimizin Vətən üzərində təzahürüdür. Torpaq şəhidlərlə bir ruh, mənəvi dəyər qazanır və Vətən olur. Bundan sonrakı zamanda şəhidlərimizin qanı ilə sulanan Vətən torpaqlarını qorumaq, müxtəlif səbəblərdən itirilən ərazilərimizi geri qaytarmaq hədəfimizdir.

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mükəmməl şəkildə idarə olunması, döyüş sahəsində əməliyyatların ən yüksək səviyyədə icra edilməsi ordumuzun gücünü və yeni nəsil müharibə taktikasını dünyaya nümayiş etdirmiş oldu. Digər bir hal yüksək hərbi-texnoloji vasitələrin varlığı və onların idarə edilməsi idi. Hər hansı bir hərbi tekniki vasitə mükəmməl idarə edilməzsə, o, heç bir şeydir. Azərbaycanın bu istiqamətdə qısa müddət ərzində mütəxəssislər yetişdirməsi böyük bir uğur idi. Başqa bir amil isə döyüş sahəsinə can atan, Vətən deyən, şəhid və qazi olmağı arzulayan Azərbaycan xalqı və onun həmrəyliyidir. Bu 3 amil 200 ildən sonra ilk dəfə bizim üçün itirilmiş torpaqların bərpa edilməsini nəticə olaraq ortaya qoydu".

Aytən Novruz
Musavat.com