Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu, rusların müharibəni dayandırmayacağını göstərir - Zelenski

Rusiya Federasiyası Ukraynaya qarşı müharibəni dayandırmaq istəmir, ona görə də sülh danışıqları üçün vasitəçilər tapmaq mümkün deyil.

Publika.az verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Çili universitet ictimaiyyətinə müraciəti zamanı deyib.

O, Ukraynanın hər an genişmiqyaslı işğalın başlaya biləcəyini bildiyi üçün illərdir danışıqlara can atdığını, lakin Rusiyanın dövləti və ukraynalıları məhv etmək yolunu seçdiyini bildirib.

Onun fikrincə, ruslar terrorçulardan da betərdir. “Terrorçular nəyisə ələ keçirəndə nələrisə alıb geri qayıtmaq istəyirlər. Amma bunlar belə deyil. Onlar doymaz terrorçulardır. Onlar geri qayıtmayacaqlar. Heç yerə getməyəcəklər. Bu, Rusiyanın müharibəni dayandırmaq istəmədiyini göstərir”, - deyə Ukrayna dövlət başçısı əlavə edib.

Akqabay