Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu şəhərə qış gəlməmiş qar yağdı - Dağlar ağ örpəyə büründü (VİDEO)

Türkiyədə qış gəlməmiş qar yağmağa başlayıb.

Musavat.com xəbər verir ki, gözlənilməz sürpriz Türkiyənin Rize şəhərində baş verib.

Mövsümün ilk qarı Rizenin dağlıq ərazilərinə yağıb. Şəhərdən 2450 metr hündürlükdə olan Samistal dağları ağ örpəyə bürünüb.

Rizedə soyuq hava və leysan yağışının ardından bu gün günorta saatlarında yüksək ərazilərdə qar yağmağa başlayıb. 

Qar yağması səbəbiylə Ekizdərə ilçəsində olan Ovit dağı, Çağrankaya və Kaçkar dağlarının zirvəsin, eyni zamanda Samistal yaylaları da ağ örpəyə bürünüb. 

Musavat.com