Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bu şəxslərin duaları geri qaytarılmır

Hədisə görə bu dəstələrin duası geri qaytarılmır.

Peyğəmbər (s) buyurur: "Allah bu 4 şəxsin duasını geri çevirməz; Adil rəhbərin duası, atanın oğula nisbət olan duası, insanın qardaşı üçün etdiyi dua və zülmə məruz qalmış şəxsin duası.

Allah buyurar: İzəət və cəlalıma and olsun! Vaxt çəksə də, lakin sonda sənin (məzlumun) intiqamını alacağam".

Eyni zamanda islam Peyğəmbəri (s) buyurur: "Ümmətimin günah etməyən uşaqlarının duaları qəbul olar".

İmam Hüseyn (ə): "Quran oxuyan adamın duası qəbul olar, gec ya tez". Bir neçə dəstənin isə duası qəbul olmaz.

İslam Peyğəmbəri (s) buyurur: "Yaxşılıqlara dəvət etməyi və pisliklərdən çəkindirməyi tərgitməməlisiniz. Əks halda, sizin içinizdən olan pisləri yaxşılarınıza hökmran edərəm və yaxşılarınız dua etsə belə qəbul olmaz".

Milli.Az