Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bürclərin psixoloji problemləri - Şizofren qoçlar, narsist şirlər...

Bəzən özümüz belə fərqinə varmasaq da, psixoloji problemlərdən əziyyət çəkirik. Təbii ki, psixoloji xəstəliklərin sayı kifayət qədərdir və hər insanda, fərqli psixoloji narahatlıqların olması normaldır.

Milli.Az bizim.media-ya istinadən bürclərin hansı psixoloji narahatlıqlara daha meylli olduqlarını təqdim edir:

Qoç

Danılmaz bir həqiqətdir ki, Qoç ən qəzəbli bürcdür. Onların xüsusi qavrayışı var və ətraflarında baş verən hadisələrə şübhə ilə yanaşırlar. Ətraflarında baş verən hər şey onlara başqa insanlardan fərqli görünür. Bəzən reallıqdan uzaqlaşa bilirlər. Bu o deməkdir ki, onlar şizofreniyaya daha çox meyllidirlər.

Buğa

Buğa bürcünün nə qədər emosional ola biləcəyini hamımız bilirik. Onların birdən-birə necə aqressivləşdiyini də bilirik. Duyğularını idarə edə bilməyəndə əsəbiləşirlər. Buğanın depressiyaya daha çox meylli olmasının səbəbi budur.

Əkizlər

Əkizlər bürcü ictimai münasibətlərindəki uğurları ilə tanınır, lakin həddindən artıq sosial qarşılıqlı əlaqə onların psixoloji cəhətdən əziyyət çəkməsinə səbəb olur. Hər şeyi bir anda həll etmək istəklərinə görə diqqət çatışmazlığı problemi ilə üzləşirlər. Əkizlər diqqət əskikliyi, hiperaktivlikdən əziyyət çəkə bilirlər.

Xərçəng

Xərçəng bürcünün əsas ehtiyacları sevgi, öz mühitində qəbul və kiməsə bağlılıqdır. Diqqətin hər zaman üzərlərində olmasını istəyirlər və diqqətin üzərlərində olmadığı mühitlərdə isə olmurlar. Çox emosionaldırlar və istədiklərini əldə etmədikdə psixoloji problemlərlə üzləşə bilərlər. Bu səbəblə xərçəng isterik şəxsiyyət pozğunluğuna daha çox meyllidir.

Şir

Şir bürcü çox qürurlu və təkəbbürlü insanlardır. Onlar əllərindən gələni edənə qədər mübarizə aparırlar. Bəzi Şirlər məqsədlərinə çatarkən başqalarına etdikləri zərərdən xəbərsizdirlər. Buna görə də narsisistik şəxsiyyət pozğunluğu onlardan daha çox görülür.

Qızlar

Qızlar hər şeyin təfərrüatlarına həddən artıq diqqət yetirdikləri üçün obsesif kompulsif pozğunluğa daha çox meyllidirlər.

Tərəzilər

Tərəzilər tarazlıq və rahatlıq axtarırlar. Yaşadıqları emosional qeyri-sabitliyin sayı çox yüksəkdirsə, bu, onları bipolyar (manik depressiv) pozğunluğa sürükləyir.

Əqrəb

Əqrəb bürcü insanlarının tamamlama həvəsi var və tək qalanda özlərini dəyərsiz hiss edirlər. Çox qısqancdırlar. Buna görə də "Otello sindromu"na daha çox meyllidirlər.

Oxatan

Oxatan gözlənilməz hadisələrlə qarşılaşdıqda qorxulu və hədsiz narahat olur. Bu, onların həssaslığını göstərir. Bu həddindən artıq həssaslıq onlarda panik ataklarla müşayət oluna bilir.

Oğlaq

Oğlaq, həyatında hər şey qaydasında olanda ən xoşbəxt və ən rahat bürcdür. Bəzən onlarda olmayan şeylərə sahib olduqlarını iddia edə bilərlər. Onların güc və başqaları üzərində nəzarət impulsları var. Başqa sözlə, onlar meqalomaniyaya meyllidirlər.

Dolça

Dolçalar eyni yerdə qalmağı sevmirlər. Onlar həmişə başqa planların arxasınca qaçırlar. Ona görə də diqqətlərini ətrafdakı şeylərə yaxşı cəmləyə bilmirlər. Bu diqqəti cəmləyə bilməməsi nəticəsində diqqət dağınıqlığı onlarda tez-tez görülür.

Balıqlar

Balıqlar çox həssasdırlar və başqalarının onlar haqqında nə düşündüyündən çox narahat olurlar. Ətrafdakı diqqətin üzərlərində olmasını xoşlayırlar. Buna görə də histrionik şəxsiyyət pozğunluğunun əlamətlərinə onlarda daha çox rast gəlmək olur.

Milli.Az