Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Danimarka kraliçası dörd nəvəsini kral ailəsinin titullarından məhrum edib

Danimarka kraliçası dörd nəvəsini kral ailəsinin titullarından məhrum edib

Danimarka kraliçası dörd nəvəsini kral ailəsinin titullarından məhrum edib.

AZƏRTAC xəbər verir ki, kraliça II Marqretenin iki oğlu var – vəliəhd şahzadə Frederik və onun qardaşı, şahzadə İoahim.

Bu şahzadələrin hərəsinin dörd övladı olduğuna baxmayaraq gələn il yanvarın 1-dən etibarən İoahimin uşaqlarının hazırda malik olduqları titula uyğun olaraq özlərini şahzadə və ya şahzadə xanım adlandırmalarına icazə verilməyəcək. Bunun əvəzinə onların öz titullarının yalnız birindən: Monpez qrafı və ya Monpez qrafinyası titulundan istifadə etməsinə icazə veriləcək.

Danimarka kralının sarayında bildirilib ki, kraliçanın bu qərarı son illərdə Avropada digər kral evləri tərəfindən atılmış addımlara uyğundur: Kraliça istəyir ki, onun şahzadə İoahimdən olan dörd nəvəsi onların formal baxımdan bir müəssisə kimi Danimarka Kralı evinə mənsub olmasından irəli gələn xüsusi mülahizə və vəzifələrlə məhdudlaşmadan “öz həyatlarını daha yüksək dərəcədə formallaşdırmaq imkanına malik olsunlar”.

Kral sarayında bildirilib ki, bu qərar bir neçə ay ərzində hazırlanıb və sonradan şahzadə İoahim həmin qərar barədə məlumatlandırılıb. Buna baxmayaraq, İoahim həmin xəbərə tənqidi münasibət bildirib.

Hazırda özünün ikinci həyat yoldaşı və iki balaca övladı ilə birlikdə Parisdə yaşayan İoahim Danimarka nəşrinə müsahibəsində deyib ki, dəyişikliklər barədə qərar qəbul ediləcəyini ona xüsusi bildirməyiblər.

Qeyd etmək lazımdır ki, Danimarka kraliçasının nəvələri titullarını itirsələr də, Danimarka taxt-tacına sahib olmaq ardıcıllığında öz yerlərini itirmirlər. Hazırda onlar taxt-taca sahib çıxmaq növbəsində 7-ci, 8-ci, 9-cu və 10-cu yerləri tuturlar.