Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Disney" "Avatar" filmini yayım platformasından çıxardı

“Disney” şirkəti Ceyms Kameronun elmi-fantastik filmi “Avatar”ı xüsusi elan etmədən öz videoyayım platformasının kataloqundan çıxarıb.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərarın səbəbi açıqlanmayıb.

“Disney+” platforması “20th Century Studios” kino şirkətinin film layihələrini müntəzəm olaraq öz kataloqundan çıxarır. Bu filmin nümayişi bütün dünyada dayandırılıb.

"Avatar" filminin təkmilləşdirilmiş yeni formada “Disney+” videoyayım platformasına yenidən qayıdacağı ehtimal olunur. Lakin güman edilir ki, bu məsələ “Avatar-2: Suyun Yolu” filminin premyerasına qədər həll olunmayacaq.

Tamaşaçılar “Avatar” filmini sentyabrın 23-dən etibarən yalnız kinoteatrlarda izləyə biləcəklər. “Avatar-2: Suyun Yolu” ekran əsərinin premyerası isə dekabrda olacaq.