Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dünya mətbuatı Bakıdakı Formula yarışlarından yazdı

Beynəlxalq mətbuat Formula 1 Azərbaycan Qran Prisini işıqlandırmaqda davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "MotorSport Magazine" nəşri Bakıda bundan əvvəl keçirilmiş 5 Qran Prini xatırladıb.

Məqalədə qeyd olunub ki, Bakıdakı 5 yarışda 5 müxtəlif qalib olub və hər bir yarışda qaliblər dramatik mübarizədən sonra müəyyənləşib.

Jurnal qeyd edir ki, Bakıda 2016-cı ildə baş tutmuş ilk yarış Avropa Qran Prisi adını daşıyıb, 2017-ci ildən Azərbaycan Qran Prisi adlanmağa başlayıb.

Böyük Britaniyanın "Sky Sports" nəşri isə Formula 1 pilotlarının Bakının iqliminə hazırlıqları barədə reportaj hazırlayıb.

Müəllif qeyd edir ki, Bakıda yarışlar zamanı bolidin içərisində temperatur 44 dərəcəyədək çata bilər və bu, pilotlardan ciddi səylər tələb edir. Bu səbəbdən pilotlar yarış ərəfəsində ciddi fiziki məşğələlər yerinə yetirir.

Böyük Britaniyanın HITC portalı da Bakıdakı əvvəlki yarışları yada salaraq, burada gözlənilməz məqamların çox olduğunu vurğulayır.

"Givemesport" nəşri isə "MakLaren" pilotu Daniel Rikkardonun açıqlamalarına yer verib. 2017-ci ildə Azərbaycan Qran Prisinin qalibi olmuş pilotun Bakıdakı növbəti yarışı səbirsizliklə gözlədiyini deyib.

Milli.Az