Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Erməni deputat yerli hakimiyyəti hədələdi

Ermənistanın "Hayastan" fraksiyasından olan deputat İşxan Saqatelyan ölkə hakimiyyətini, eləcə də prokuror və hakimləri hədələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb.

"Oğlanlar satqın mülkədarın, xainin (Nikol Paşinyanın) göstərişi ilə özbaşınalıq edən prokuror, müstəntiq və hakimlərinin qanunsuz qərarları nəticəsində 4 ay yarımdır ki, həbsdədirlər", - deputat sosial şəbəkə hesabında yazıb.

"Geras, Qor, Taron yalnız "demokratik" Ermənistanda siyasi baxışlarına və siyasi fəaliyyətlərinə görə həbs ediliblər. Dəfələrlə demişəm ki, onlar azaddırlar, onları azadlıqdan məhrum edənlərdən daha güclüdürlər.

Gec-tez ədalət zəfər çalacaq və satqınlar, onların marionetləri buna görə cavab verəcəklər", - İşxan Saqatelyan əlavə edib.

Milli.Az