"Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var". Publika.az
Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.
rakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.
Qeyd edək ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bugünkü açılqlamasında bildirib ki, Ermənistan bütün mümkün ölkələrdə ehtiyaclarını ödəyə biləcək silahlar axtarır.
Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində son insident sentyabrın 28-də baş verib. Ermənistan hərbi birləşmələri Kəlbəcər istiqamətində təxribata əl atıb. Nəticədə Azərbaycan tərəfi düşmənə layiqli cavab verib. Bu insident zamanı Azərbaycan tərəfdən bir əsgər yaralanıb. Ermənistanın isə 3 hərbi qulluqçusu ölüb.