Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Erməni vəhşiliyi- Saxta videonu bayraq edənlər bu fakta niyə susur?- VİDEO

Əvvəlcə qeyd edək ki, bu videonu paylaşmaq istəməzdik, lakin düşməni və onun murdar mahiyyətini tanımaq lazımdır.

Musavat.com xəbər verir ki, Telegramın erməni seqmentində erməni əsgərlərinin guya edam edilməsinin videosu paylaşılıb.  Ehtimal edilir ki, bu, bir tamaşadır və ermənilər özləri qurublar. Hazırda Ermənistanın havadarı olan Fransanın əksər mediasında bu tamaşa - video paylaşılır və onun üzərindən Azərbaycana qarşı kampaniya başladılıb. Lakin qarşı tərəfin Azərbaycan əsgərləri olmasına dair heç bir dəlil yoxdur (dəbilqələr və çəkiliş keyfiyyətinin aşağı olması səbəbindən heç bir üz görünmür - “qəribə” təsadüf).

Yerli liberallar və ermənilərə rəğbət bəsləyən avropalılar üçün başqa bir videonu da biz paylaşırıq. Bunu “Caliber” əldə edib və paylaşıb. Və biz Toivo Klaarın araşdırma üçün çağırışlarını gözləyirik. Birinci videodan fərqli olaraq burada cinayətkarların üzləri aydın görünür.

P.S. Ürəyi zəif olanlar baxmasın: