Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ermənistan parlamentinin gündəliyi: Ordu, yoxsa polis dövləti?...

Ermənistan parlamenti bu gündən ardıcıl dördgünlük iclaslarına start verir.

Publika.az-ın xəbərinə görə, müxalifət fraksiyasının iki bölmə təmsilçisi iclaslara qatılmaqdan imtina edib.

Gündəliyə 21 məsələ daxil edilib ki, onlardan dördü xüsusi diqqət çəkir.

Ermənistan parlamentində ilk müzakirə olunacaq məsələ “2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların vəziyyətinin öyrənilməsi məqsədilə Milli Məclisin İstintaq Komissiyasının fəaliyyət müddətinin uzadılması haqqında” qanundur.

Baş nazir Nikol Paşinyanın parlamentdəki tərəfdarları istintaq komissiyasının müddətini uzatmaqda israrlı görünürlər.

Səs-küylü məsələlərdən biri də “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Ermənistan Respublikasının Qanununa əlavələr edilməsi haqqındadır. Müxalifət düşərgəsi hesab edir ki, bu qanun qüvvəyə minərsə, Ermənistan ordusunda hərbi xidmətdən yayınmalar artacaq və hökumətin "peşəkar ordu qurmaq" ideyası puç olacaq.

Bu gün müzakirə olunacaq məsələlərdən biri də silah dövriyyəsinin tənzimlənməsinə dairdir. Yəni, Ermənistan hökuməti 44 günlük müharibədən sonra fərari əsgərlərin və "könüllülərin" əllərində qalan silahları geri almaq üçün mövcud qaydaları sərtləşdirməyi düşünür.

“Polis haqqında” qanuna dəyişikliklər isə ölkədə polisin rolunun artırılması və Ermənistanın polis gücü ilə idarə olunan dövlətə çevrilməsi məqsədini daşıyır.

Tural Turan