Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ermənistana, onun qardaşlarına qarşı tək nəfəs, tək ruh GÜNÜ

Ermənistana, onun qardaşlarına qarşı tək nəfəs, tək ruh GÜNÜ

"Şəhidlərimizi rəhmət və minnətdarlıqla anıram. Ruhları şad olsun! Bu gün Azərbaycanın parlaq tarixinin ən nümunəvi örnəklərindən biridir. Sadəcə Azərbaycanın deyil, türk tarixi baxımından da səbəb-nəticəsi ilə və yeni reallıqla, yeni durumla çox önəmli bir gündür".

Bunu Musavat.com-a ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

General bildirib ki, bu gün Azərbaycanın 28 il düşmən tapdağında qalan torpaqlarının azad olunduğu qürur günüdür:

pp-2.jpg (43 KB)

"Eyni zamanda bu, Azərbaycan ordusunun Cənubi Qafqazda ən güclü olduğunu sübut edən gündür. Bu gün Azərbaycanın dünyanın gözünün görməz, qulaqlarının eşitməz olduğu haqsızlığa qarşı müqavimət günüdür. Bu gün Azərbaycanın Ermənistana, onun qardaşlarına qarşı son dərəcə təsirli şəkildə dövləti ilə, milləti ilə, silahlı qüvvələri ilə tək nəfəs, tək ruh olma günüdür. 27 sentyabr Azərbaycan ordusunun böyük qəhrəmanlıqla 44 günlük qısa bir zamanda ildırım əməliyyatı günüdür. Bu gün eyni zamanda düşmən ordusunun 65-70 faizini məhv edib çox az itki ilə müharibədən qalib çıxma günüdür. Bu gün Azərbaycan ordusunun müasir silah sistemləri ilə təchiz olunması, dünyanın dəyişkən müasir silah sistemlərini özünə inteqrasiya etməsi və bunu ən yaxşı şəkildə tətbiq etmə, İHA və SİHA-lardan (silahlı və silahsız pilotsuz uçuş aparatları - red) istifadə günüdür.

27 sentyabr "məğlubedilməz" Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı əngəllərin darmadağın, yerlə-yeksan edildiyi bir gündür. Bu gün Vətən, millət, bayraq deyərək sinəsini mərmiyə sipər edərək qəhrəmanlıqla, bıçaqla, tapança ilə qələbənin əldə edilmə günüdür. Bu gün Azərbaycanın haqq davasının qəbul edilməsi günüdür. Ali Baş Komandan İlham Əliyevin adınının tarix səhnəsinə həm siyasi, həm hərbi olaraq, həm də Ali Baş Komandan kimi qızıl hərflərlə yazıldığı gündür.

27 sentyabr eyni soy-kökə malik Türkiyə ilə Azərbaycanın Vətən müharibəsi ilə yanaşı tək bilək, tək nəfəs, tək ürək vəziyyətinə gəlməsi, bunun nəticəsi olaraq Şuşa Bəyannaməsinə aparan qardaşlığın, Azərbaycanın Dəmir Yumruğunun Türkiyə ilə birləşərək polad yumruq formasına gəlməsi günüdür. Allah şəhidlərimizə rəhmət etsin, Azərbaycanı var etsin!"

Aytən Novruz
Musavat.com