Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ermənistanda hərbi təyinatlı müəssisələr iflic oldu

Son 4 ildə Ermənistanın hərbi təyinatlı avadanlıqlar istehsal edən müəssisələri iflic vəziyyətə düşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Fakt" nəşri məlumat yayıb.

Məlumata görə, son 2 il ərzində hərbi təyinatlı avadanlıqlar və ləvazimatlar istehsal edən müəssisələrə dövlət tərəfindən 1 dram pul ayrılmayıb.

İddia edilir ki, Nikol Paşinyan hökuməti hakimiyyətə gələndən bu sahəyə yetərincə diqqət göstərilməyib. Hətta ögey münasibət bəslənilib.

Həmin müəssisələrdə çalışanlar isə maaş azlığından və dövlətin bu sahəyə diqqətsizliyindən pəjmürdə olduqlarını vurğulayıblar.

Hakimiyyət düşərgəsindən isə bildirilib ki, dövlət bu sahəni diqqətdə saxlayır və yeni layihələr üzərində işləyir.

Möhübbət