Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Fransa Ukraynaya 20 "Bastion" göndərir

Fransa Ukraynaya iyirmi 12,5 tonluq "Bastion" zirehli texnikası ötürmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "La Tribune" öz mənbələrinə istinadla yazır .

Qeyd olunur ki, "Volvo" qrupuna daxil olan "Arquus" şirkəti ilə Fransa Müdafiə Nazirliyi arasında müqavilə yekun mərhələdədir.

BFM TV-nin verdiyi məlumata görə, "Arquus"un təcili ehtiyaclarını ödəmək üçün kifayət qədər ehtiyatı olduğu üçün çatdırılma ən qısa müddətdə həyata keçirilə bilər.

Baş nazir Elizabet Born Fransa parlamentinin aşağı palatasımda Ukraynaya silah göndərilməsi barədə ətraflı danışıb:

"Biz müttəfiq, etibarlı və laiqli dövlət kimi çıxış edirik. Ukraynaya hərbi texnikanın tədarükünü artırmışıq. Bunu öz üzərimizə götürürük. Ukraynaya işğaldan müdafiə vasitələri verməliyik... Hazırda Ukrayna əsgərlərinə təlimlər keçirilir və yanacaq ötürülür".