Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gündə neçə stəkan çay içmək olar?

Gündə neçə stəkan çay içmək olar?

İçdiyimiz çayı stəkan hesabı yox, dəmləmədə istifadə edilən quru çay miqdarı ilə hesablamalıyıq.

Vərdiş etdiyimiz kimi gündə 4-5 dəfə iri fincanla çay içmək olarmı? Böyük adamın gündəlik çay norması nə qədərdir?

Böyük insan üçün 10 qram quru çay yarpaqları dəmləməsinin çayını içmək kifayətdir. Bu 4-5 çay qaşığı qədərdir.

Dəmi həmişə təzə edin Çay su deyil, o qida kimidir, orqanizmin onu həll etməsinə enerji sərf olunur. İstər hamilə, istər digər böyük şəxslər gündə maksimum 4 fincan çay içə bilər. Yaxşı olar ki, hər gün qara çay içilməsin.

Arada yaşıl çaya da üstünlük verin

Uşaqlar üçün quru çay yarpağı miqdarı 5 qramdır. Onlar çayı 1-2 stəkan içə bilər. Bir fincan üçün yarım çay qaşığı qədər yaşıl çaydan istifadə edilməlidir. Fincan başına daha çox yaşıl çay əlavə etsəniz, yaşıl çayın dadının olduqca acı olduğunu görəcəksiniz. / DuduPress.Az