Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Gürcüstanda baş verənlər ABŞ və NATO-ya siqnal idi - Medvedyev

2008-ci ildə Gürcüstanı sülhə məcbur etmək üçün tədbirlər görülərkən ABŞ Rusiyanın narahatlıqlarını hiss etmədi və təhlükəli kursu davam etdirdi.

Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev teleqram kanalında yazıb.

“2008-ci ilin avqustunda Gürcüstanı sülhə məcbur edən tədbirlər vətəndaşların müdafiəsi üçün atılıb. Eyni zamanda bu, ABŞ və NATO üçün Rusiyanın narahatlığını hiss etmək üçün bir siqnal idi”, - Medvedyev qeyd edib.

Onun sözlərinə görə, bu, geosiyasi miqyasda dönməz dəyişikliklərə gətirib çıxarıb:

“Amma ABŞ və NATO eşitmədi və anlamadı. Məhəl qoymadılar. Onlar son dərəcə təhlükəli kurslarını davam etdirdilər. 2022-ci ildə biz daha sərt cavab verməli olduq. İndi bütün dünya qarşısıalnmaz şəkildə dəyişib”, - Medvedyev vurğulayıb.

Akqabay