Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hadisəyə evlilik təklifi edərkən taxdığı üzük saxta imiş - VİDEO

Türkiyəli məşhur müğənni Hadisə ilə həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerin boşanma ərəfəsində yeni iddialar ortaya çıxmağa davam edir.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, "Takvim" qəzetinin məlumatına görə, Mehmetin ifaçıya evlilik təklifi edərkən taxdığı üzük saxta imiş. Laboratoriyada hazırlanan üzüyün qiyməti 3 milyon lirə (təxminən 276 min 965 manat) yox, 180 min lirədir (təxminən 16 min 617 manat).

Qeyd edək ki, hazırda Hadisənin keçmiş sevgilisi, cənubi azərbaycanlı iş adamı Rza Zarrabla birlikdə olduğu iddia edilir.