Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hannoverdə şəhidlərimiz yad edilib

Almaniyanın Hannover şəhərində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin anım mərasimini keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, "Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə azərbaycanlı xanımlar bir araya gəliblər. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Tədbirdə çıxış edən "Bakı" cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva Ermənistanın ölkəmizlə dövlət sərhədində törətdiyi son təxribatları hiddətlə pisləyib. Soydaşımız beynəlxalq birliyi Ermənistanın azərbaycanlı əsgərlərin və zabitlərin həyatının itirilməsinə gətirib çıxaran hərbi təxribatlarına son qoymağa, rəsmi İrəvanı sülhə sövq etmək naminə qətiyyətli addımlar atmağa çağırıb.

Milli.Az