Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Hayların terror hazırlığı və Fransadan gizli dəstək” - deputadan erməniləri ifşa açıqlamalar

“Bu gün Ermənistanın hərbi cinayət törədərək Gəncəyə ilk raket zərəbəsi endirməsindən 2 il ötür. Ardınca Azərbaycanın ikinci ən böyük şəhəri daha 4 dəfə - 5, 8, 11, 17 oktyabrda - eyni qəbildən olan hay vəhşiliyi ilə üzləşdi ki, nəticədə 26 mülki şəxs qətlə yetirildi, 175 nəfər müxtəlif dərəcəli xəsarət aldı, infrastruktura, evlərə və obyektlərə böyük zərər dəydi”.

Musavat.com xəbər verir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur. Deputat qeyd edib ki, ümumiyyətlə, 44 günlük savaşın gedişində Ermənistanın dinc yaşayış məskənlərinə - Gəncə, Bərdə, Tərtər, Naftalan, Yevlax və sair şəhərlərə- artilleriya-raket zərbələri endirərək törətdiyi hərbi cinayət nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs qətlə yetirildi, 454-ü yaralandı, minlərlə ev və obyektlər dağıdıldı. “Azərbaycan əsgərinin guya savaş qanunlarına uyğun davranmayıb əsir götürdükləri hayları güllələmələri ilə bağlı doğruluğu sual altında olan videoya görə indi bar-bar bağıranların çoxu o zaman səslərini içlərinə salmışdılar. Hazırda onlara züy tutan bəzi “azərbaycanlılar” da o sıradan. Susanlar gözəl anlayırdılar ki, düşmən bu hərbi cinayətə təkcə ordumuzun qarşısında tab gətirə bilmədiyini görüb bizi dayandırmaq üçün əl atmayıb. Bu həm də onların təbiətindən, terrorçuluq ənənlərindən qaynaqlanan bir vəhşilikdir ki, mənə elə gəlir qərbdəki bəzi çevrələr yenidən hayları buna həvəsləndirirlər” - S.Alıyev bildirib.

S.Alıyev xatırladıb ki, bizim tanınmış ekspertlər sözü gedən videonun dövriyyəyə buraxılmasında məqsədin aldığı dərslərdən sonra bizimlə savaşmağa artıq nə cürəti, nə də həvəsi qalan Ermənistan ordusunu toparlamaq, onlarda döyüş ruhu yaratmaq və danışıqlar prosesini pozmaq olduğunu deyirlər: “Düzdür, nəzərə alsaq ki, qarşı tərəf Azərbaycan əsgərlərinin özlərini savaş qanunlarına uyğun aparmadıqları haqda videoları məhz Gəncəyə raket zərbəsi endirmələrinin ildönümü ərəfəsində yaydı, burada məqsəd həm də beynəlxalq ictimai rəydə bizi qabaqlamaq, törətdikləri hərbi cinayətlərə dolayısıyla haqq qazandırmaq da ola bilər. Amma, fikrimcə, bütün bunlar aysberqin görünən tərəfidir, haylar növbəti terror aktlarına hazırlaşırlar və qərbdəki bəlli çevrələr də onları buna həvəsləndirirlər. Mümkündür ki, sözü gedən videoların dövriyyəyə buraxılması da, ABŞ və Fransada Azərbaycan səfirliyinə qarşı edilən basqılar da gələcək terror aktlarına hazırlıq məqsədi daşıyır. Burada biz unutmalı deyilik ki, hayların 1988-1994-cü illərdə törətdikləri terror aktları nəticəsində 1200-dən çox azərbaycanlı həlak olmuş, 1300-ə yaxını yaralanmış, 65 nəfər itkin düşmüşdü. Orası da nəzərdən qaçırılmamalıdr ki, bu terror aktlarının bir qismində Ermənistanla yanaşı bəzi ölkələrin xüsusi xidmətlərinin “xidmət”i də az olmayıb. Məhz ona görə əsgərlərimizin hay əsirlərə və onların məhv edilmiş “zinvor”larına qarşı amansız davranışlarının təsvir olunduğu videoların dövriyyəyə buraxılmasiyla Azərbaycanın Fransadakı səfirliyinə növbəti basqının eyni vaxtda baş verməsi təsadüf sayılmamalıdır. O sıradan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs kəsilən Hampinq Sasunyan kimi bir terrorçunun ötən ilin martında azadlığa buraxılmasının da mən elə-belə baş vermədiyi fikrindəyəm. Bizim ünlü transplantoloqlardan biri, professor Nuru Bayramovun hardasa iki il öncə “Hay xəstəliyi” adlı bir məqaləsini oxumuşdum. Orada qeyd edilirdi ki, bir sıra xroniki xəstəliklərdə, elə hayların özündə daha çox rast gəlinən ailəvi Ağdəniz qızdırmasında olduğu kimi qonşularımıza xas etnik xəstəlik - terrora aludəçilik də remissiya və kəskinləşmə mərhələlərininin bir-birini əvəzləməsiylə diqqət çəkir”.

Deputat deyib ki, Azərbaycanın torpaqlarının bir hissəsini zəbt etdikdən sonra onlardan geosiyasi alət kimi faydalananların yardımıyla status-kvo yaradan haylar etnik xəstəliklərinin remissiya mərhələsində idilər, yəni törətdikləri terorruçuluq aktları xeyli səngimişdi: “Amma belə görünür ki, ikinci Qarabağ savaşında status-kvoları statuslarıyla birgə hara lazımdır ora göndərildikdən sonra xəstəliklərinin kəskinləşmə mərhələsinə keçid aktuallaşır. Onlar yenidən terrorçu mahiyyətlərini göstərə bilərlər və əslində Fransadakı kimi Azərbaycan səfirilyinə qarşı basqılarını görməzdən gəlməklə - az öncə də vurğuladım - buna həvəsləndirililirlər də. Yeri gəlmişkən, qərbdəki hay terror qruplaşmalarının dörddən üçü-“Orli Dəstəsi” (1981-ci il) “İntiharçılar eskadronu” (1981-ci il), “Gənc Haylar Birliyi” (1991-ci il), “Azadlıq Uğrunda Hay Hərakatı” (1991-ci il), “Hay Dirəniş Təşkilatı”( 1997-ci il) məhz həmin Fransadadır. Burada adı keçən “İntiharçılar eskadronu”nun ilk “təcrübəsi” 1981-ci ildə Türkiyənin oradakı baş konsulluğunu zəbt etmək olmuşdu. Sonra isə onun üzvləri qanlı terrora keçdilər. Fransadakı “Gənc Haylar Birliyi” adlanan terror qruplaşması isə diplomatların oğurlanması üzrə ixtisaslaşıb ki, bu da nəzərdən qaçırılmalı deyil. Yəni qərbdə, ilk növbədə də Fransada diplomatik təmsilçiliklərimizin mühafizəsinin gücləndirilməsinə böyük ehtiyac var”.

S.Alıyev bir məsələyə də diqqət çəkib: “Orası da unudulmamalıdır ki, Parisin Orli hava limanındakı terror aktından sonra Fransanın bəlli strukturlarının onu törədən haylarla gizli sövdələşməsinin olduğu üzə çıxmışdı. Bəlli olmuşdu ki, Fransa xüsusi xidməti təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı zərər yetirməmələri şərti ilə hay terroçularının fəaliyyətinə göz yummaq öhdəliyi götürübmüş. Amma haylar öhdəliyi pozdular, çünki Orlidə terror zamanı öldürülənlərin yarısı fransız idi. Fransa və fransalılar özləri bilərlər, amma biz cəmiyyət və dövlət olaraq xəstə xislətlilərin ötən əsrin sonlarında Azərbaycana, azərbaycanlılara qarşı reallaşdırdıqarı terrorları təkrarlamamaları üçün gərəkən nə lazımdırsa etməliyik.

Yaddan çıxarmamalıyıq ki, 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində onların yaratdıqları daha üç terror qruplaşması- “Hay Birliyi”, “Qeqaron”, “Apostol”un birbaşa məqsədləri Azərbaycanla Türkiyəyə qarşı “əməliyyatlar” aparmaqdır. Üstəlik, Ermənistanın indiki hakimiyyəti də mahiyyətcə əvvəlkilərdən elə də fərqlənmir. Fərq sadəcə ondadır ki, Köçəryan-Sərkisyan rejimi daha çox daşnak sifətliydisə, Paşinyan rejimi ASALA sifətlidir. Xatırlayırsınızsa, bu o Paşinyandır ki, əvvəllər öz çıxışlarında Sevr anlaşamasından dəm vururdu. O anlaşmadan ki, terroçu ASALA-nın gerbində orada yaradılması təsbitlənən “Böyük Ermənistan”ın xəritəsi var”.

E.Paşasoy,

Musavat.com