Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Hulusi Akar Yunanıstanı və Qərb ölkələrini ittiham edib

Hulusi Akar Yunanıstanı və Qərb ölkələrini ittiham edib

“Yunanıstan adaları silahlandırmaqla Paris və Lozanna razılaşmalarının şərtlərini pozur”.

“Report” “Star.com.tr”yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Yunanıstanın Egey dənizindəki təxribatları davam edir: “Qabaqlayıcı tədbirlər görürük. Baş verənlərə qarşı nə etmək lazımıdırsa, edirik. Proseslər tamamilə bizim nəzarətimiz altındadır. Ən əsas problemimiz Qərb ölkələrinin obyektiv olmamasıdır”.

H.Akar rəsmi Afinanı danışıqlar masasına dəvət edib: “Hər şeyə rəğmən, biz “sülh”, “dialoq” deyirik. Diplomatiyanı axıradək davam etdirir, meydanda da hər cür tədbirləri görürük. Biz müzakirələri davam etdirməyə hazırıq”.

Nazir söyləyib ki, rəsmi Ankara müzakirələrə hazırdır: “Biz etimad mühitini formalaşdırmaq üçün Yunanıstan nümayəndə heyətini Ankarada gözlədiyimizi dedik. Üzərindən 2 il keçdi, gəlmədilər. Sonra dialoqdan danışırlar”.