Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İdmançının yalan iddiasına görə biznesi iflasa uğrayıb

NHL tarixində bütün zamanların ən yaxşı bombardiri, kanadalı Ueyn Qretskidən, arıqlamaq üçün saqqıza görə 10 milyon dollar tələb ediblər.

Milli.Az bildirir ki, bu barədə TMZ məhkəmə sənədlərinə istinadən xəbər verir.

İddiaçı Stiven Sparks arıqlamaq üçün təbii saqqız hazırladığını iddia edib, lakin xokkey oyunçusunun yalan iddiasına görə biznesi iflasa uğrayıb. O bildirib ki, bu saqqız ona təxminən iki ay ərzində təxminən 16 kiloqram arıqlamağa kömək edib.

Kanadalının açıqlamasından sonra Sparksın səhmləri bahalaşıb və Qretski ailəsi onları gizlicə alıb. Keçmiş xokkeyçinin sözlərinin yalan olduğu məlum olanda şirkətin dəyəri kəskin şəkildə aşağı düşərək Sparksın 10 milyon dollar itirməsinə səbəb olub.

Qretski "Edmonton Oylers" ilə "Stenli" Kubokunu qazanıb və NHL-də ən çox qol vurma rekorduna sahibdir (1,016). Beynəlxalq Buzlu Xokkey Federasiyasına görə o, əsrin simvolik beşliyinə daxil olub.

İrfan Vəliyev
Milli.Az