Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

III Çarlzın şəfərinə yeni sikkələr buraxıldı - FOTO

Böyük Britaniyada Kral III Çarlzın təsviri olan yeni sikkələr təqdim edilib.

Publika.az oxu.az-a istinadla bildirir ki, bu barədə Kral Sikkəxanasının saytında xəbər verilib.

“Biz min yüz ildən artıqdır ki, Britaniya monarxiyası üçün sikkələr zərb edirik. Əlahəzrət Kral III Çarlzın ilk təsvirini zərb etməkdən şərəf duyuruq”, - deyə idarədən bildirilir.

Məlumata görə, III Çarlzın portretinin relyefini britaniyalı heykəltaraş Martin Cenninqs hazırlayıb, kral isə təsdiqləyib.

17-ci əsr ənənəsinə və numizmatik qaydalara uyğun olaraq, III Çarlz anası II Elizabetdən fərqli olaraq sikkənin üzərində üzünü “sola” tutub.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyada Kral III Çarlzın yeni kral şifrəsi təqdim olunmuşdu.

Yeri gəlmişkən, İngiltərə Bankı 2024-cü ilin ortalarında Britaniya Kralı III Çarlzın təsviri olan əsginasların dövriyyəyə buraxılacağını elan edib. Yeni kralın portreti bütün dörd polimer əsginasda (£5, £10, £20 və £50) əks olunacaq. O da vurğulanıb ki, kraliça II Elizabetin təsviri olan əskinasların hazırkı ehtiyatının dövriyyəsi davam edəcək.