Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İnsanların çox olduğu şossedə təyyarə qəzası

ABŞ-da göyərtəsində pilot və sərnişinin olduğu təyyarə izdihamlı yolun ortasına düşüb.

Milli.Az bildirir ki, qəza anın videosu "New York Post"da yayımlanıb.

Nəşrin məlumatına görə, bu, Kaliforniyada, bazar ertəsi, avqustun 9-da yerli vaxtla saat 12:20-də baş verib. İnternetdə yayılan görüntülərdə təyyarənin yük maşınına çırpılaraq alovlandığı görünüb. Havada qara tüstü buludları görünüb.

Pilot və sərnişinin təyyarədən uğurla çıxa bildiyi bildirilib. Yük maşınında olan insanlar xəsarət almayıb. Qəzanın araşdırılması və tıxaclara səbəb olan təyyarənin qalıqlarının və zədələnmiş avtomobilin təmizlənməsi üçün magistralın bir neçə saatlıq hərəkət zolaqlarından biri bağlanıb.

İrfan Vəliyev
Milli.Az