Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İQTİDAR-MÜXALİFƏT DEBATI: Tural Abbaslı ilə Rüfət Quliyev “Canlı debat”da  - ölkənin taleyi müzakirə olunur 

İQTİDAR-MÜXALİFƏT DEBATI: Tural Abbaslı ilə Rüfət Quliyev “Canlı debat”da  - ölkənin taleyi müzakirə olunur 

Bu gün Ermənistan parlamentinin 4 günlük növbəti sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyinə 21 məsələ daxil edilib.

Parlament “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri paketini və ona əlavə edilmiş qanun layihələrini, hərbi qulluqçuların dövriyyəsini tənzimləyən qanun layihələri paketini ikinci oxunuşda müzakirə edəcək.

Gündəliyə 2020-ci il sentyabrında Ermənistan-Azərbaycan sərhəddindəki hərbi əməliyyatlarla bağlı vəziyyətinin öyrənilməsi üzrə Milli Məclisin İstintaq Komissiyasının fəaliyyətinin uzadılması ilə bağlı layihə də daxildir.

Verilən məlumata görə, erməni deputatlar sərhəddəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd olunur ki, müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları sessiyanı boykot edib.

Nələr baş verir? Ermənilər nəyə hazırlaşır?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın lideri Tural Abbaslı ilə millət vəkili Rüfət Quliyev müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com