Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İslamda abort etdirmək varmı?

İslamda abortun caiz olan yönü, günah olan yönü və cinayət olan yönü vardır.

Caiz olan yönü: Əgər hamiləlik, qadının həyatına və səhhətinə zərər verirsə, o zaman abort caizdir.
Günah olan yönü: Əgər dünyəvi məsələlərdən, məsələn; keçindirmək qorxusu, baxmaq qorxusu ilə abort edilirsə, o zaman abort günahdır. Bu barədə Allah belə buyurur: "Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır." (İsra, 17/31.)
Yuxarıdakı iki hökm, qadının hamiləliyinin 5-ci ayına qədər keçən dövrə aiddir.

Cinayət olan yönü: Əgər hamiləlik müddəti 5-ci aya daxil olmuşsa və qadının həyati təhlükəsi də yoxdursa, abort etdirməsi cinayətdir. Çünki, hamiləliyin 5-ci ayında ana bətnindəki uşağa ruh üflənir.

Milli.Az