Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İsrail Livanla dəniz sərhədini razılaşdırır - Türkiyə üçün mühüm gəlişmə

İsrailin baş naziri Yair Lapid bazar günü ABŞ-ın vasitəçiliyi ilə Livanla dəniz sərhədinin demarkasiyası sazişi layihəsini ilkin olaraq təsdiqləyib

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İsrail baş naziri Nazirlər Kabinetinə bu təklifin İsrailin təhlükəsizliyini və kommersiya maraqlarını tam təmin edəcəyini bildirib.

Lapid həmçinin İsrailin royalti (bir növ lisenziya haqqı) alacağı təqdirdə Aralıq dənizindəki mübahisəli yataqdan təbii qaz hasil etməyə hazır olduğunu açıqlayıb.

Lapid bildirib ki, İsrailin layihəni təsdiq etməsi hüquqi məsləhət gözləyəcək. Layihə Livanda da öyrənilir.

Qeyd edək ki, Araqlı dənizində mübahisəli qaz yataqları məsələsi Türkiyənin də diqqətindədir. Türkiyə bu məsələdə Misir, Yunanıstan və Cənubi Kiprdən ibarət koalisi ilə qarşı-qarşıya qalıb.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla İsrail baş naziri Yair Lapid arasında mühüm görüş keçirilib.

Musavat.com