Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

İxtisas seçimi üçün ödənişsiz məsələhət mərkəzləri fəaliyyət göstərir -

Ali təhsil müəssisələrinə qəbul üçün ötən gündən etibarən ixtisas seçiminə başlanıb. İxtisas seçimində çətinlik çəkən abituriyentlər üçün Dövlət İmtahan Mərkəzinin ''Abituriyent Məsələhət Mərkəzləri'' fəaliyyət göstərir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə mərkəzlərdən biri də Memarlıq və İnşaat Universitetində yerləşir.

Universitetdə dünəndən etibarən Dövlət İmtahan Mərkəzinin ''Abituriyent Məsələhət Mərkəzi'' fəaliyyətə başlayıb. İxtisas seçimində çətinlik çəkən abituriyentlər bura gələrək müəllimlərin köməyindən yararlana bilərlər.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov deyib ki, xidmət tam ödənişsiz həyata keçirilir.

İxtisas seçimi yeni başlamasına baxmayaraq, müraciət edənlərin sayı çoxdur.

Qeyd edək ki, ''Abituriyent Məsələhət Mərkəzi'' Bakıda Memarlıq və İnşaat, Avrasiya, Odlar Yurdu, Qərbi Kaspi, Biznes və Azərbaycan universitetlərində, regionlarda isə DİM-in 9 regional bölməsində abituriyentlərə xidmət göstərir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az