Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kanada İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

Kanada İranın “əxlaq polisi”nin nəzarətində olarkən vəfat edən Məhsa Əmininin ölümü də daxil olmaqla, insan haqlarının pozulması iddiası ilə İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Publika.az Kanada hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Bu sanksiyalar İranda insan hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən qadınların sistematik təqibinə və xüsusən də İranın qondarma əxlaq polisinin Məhsa Əmininin ölümünə səbəb olan dəhşətli hərəkətlərinə cavabdır", - Kanada hökumətinin bəyanatında deyilir.

Ümumilikdə İslam İnqilabı Keşikçiləri Korpusu və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin məsul şəxsləri də daxil olmaqla 25 fiziki və 9 hüquqi şəxsə sanksiya tətbiq edilib.

Bundan əvvəl Kanada 41 iranlı şəxsə və 161 İran şirkətinə qarşı sanksiya tətbiq edib.

Hüseyn İbadlı