Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Kiyev Moskva ilə bu şərtlə danışıqlara gedəcək - Zelenski AÇIQLADI

Ukrayna lideri Volodimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Taip Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra Moskva ilə danışıqların mümkün şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ukrayna prezidentinin sözlərinə görə, sülh danışıqları yalnız Rusiya qüvvələrinin Rusiya Federasiyasının nəzarətində olan ərazilərdən çıxarılmasından sonra mümkündür.

Zelenski həmçinin Zaporojye AES ətrafında yaranmış kritik vəziyyəti xatırladıb və Rusiya qoşunlarının stansiyadan çıxarılmasının zəruriliyini bəyan edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar fevralın 28-də başlayıb. Lakin sonradan Kiyev Moskvanın müqavilə layihəsi ilə bağlı təkliflərinə cavab verməyərək, danışıqları dayandırıb.

Hüseyn İbadlı