Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Latviyada Putinin qərarına görə fövqəladə vəziyyət elan edildi

Latviyanın Rusiya Federasiyası ilə həmsərhəd rayonlarında 2022-ci il sentyabrın 28-dən fövqəladə vəziyyət tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Latviya hökumətinin rəsmi saytında məlumat verilib.

Hesabatda bildirilir ki, fövqəladə vəziyyət üç ay müddətinə tətbiq edilir və respublikanın Aluksne, Balvi və Ludza bölgələrində qüvvədə olacaq. Bundan başqa, fövqəladə vəziyyət rejimi limanlara, hava limanlarına, sərhəd-keçid məntəqələrinə, dəmir yollarına şamil edilir.

Latviya hakimiyyəti Rusiya Federasiyası vətəndaşlarının axınını azaltmaq üçün Pededze sərhəd-keçid məntəqəsini bağlayır. Latviyanın Dövlət Sərhəd Xidməti sərhədi keçən vətəndaşlara, o cümlədən ölkənin digər xidmətlərinin köməyi ilə nəzarəti gücləndirmək barədə əmr alıb.

Riqa sentyabrın 19-da Latviya ərazisinə giriş qadağası istisna olmaqla, yalnız Rusiya Federasiyasının vətəndaşlarına icazə vermək qərarına gəlib.

Hüseyn İbadlı