Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məktəbdə baş verən hadisənin DETALLARI BƏLLİ OLDU: "Tənəffüs zamanı.." - YENİLƏNİB

Məktəbdə baş verən hadisənin DETALLARI BƏLLİ OLDU: "Tənəffüs zamanı.." - YENİLƏNİB

Bakıda 112 saylı məktəbdə döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:

"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

 xxx

"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib".

Bu barədə Bakıdakı 112 nömrəli tam orta məktəbdən bildirilib.

Qeyd olunub ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb: "Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

xxx

"Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

O deyib ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: "Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.