Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məktəbdə şagirdin döyülməsinə Ayandan SƏRT REAKSİYA: "Get, meşədə heyvanlarla yaşa" -

"Əziz valideynlər, əgər siz belə bir övlad böyüdürsünüzsə, sizə valideyn demək olmaz. Sinif yoldaşına qarşı heyvani, vəhşi, amansız hərəkətlər edir. Digər uşaq isə kənardan durub, rahat-rahat telefona çəkir. Görün, uşaqlarınızı nə qədər vəhşi, qayğısız, sevgisiz, mərhəmətsiz böyüdürsünüz ki, bunlar cəmiyyətə yalnız "zombi" kimi yanaşırlar.

Düşünürlər ki, mən eqolarımı bürüzə verə bilərəm, ziyan və zərər vurmaqla, əl qaldırmaqla, yaralamaqla. Məktəbdə də bu kimi mənfi hadisələrə tədbir görülmür".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yaydığı videoaçıqlamada deyib.

Sənətçi, sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsi hadisəsinə sərt reaksiya bildirib.

"Sinif yoldaşını döyən oğlan kimə və nəyə güvənir? Ən imkanlı ailənin övladı ola bilərsən, əsas odur ki, sən bu həyatda insansan. İnsanlara qarşı da insan kimi davranmalısan. Yox əgər sən insan deyilsənsə, mədəniyyətin, tərbiyən, dünya görünüşün, intellektin, ümumiyyətlə heç nəyin yoxdursa, get meşədə heyvanlarla yaşa. Heyvanlar heç bu qədər acımasız olmur. Get, təcrid ol, bu həyatdan. Uzaqlaş, insanların və cəmiyyətin arasında yaşama. Bu hadisələri övladlarımız, gələcək nəsil görür".

Babakişiyeva, həmçinin cəmiyyətdə müğənnilərin örnək olması ilə bağlı fikirlərə də etiraz dolu münasibət bildirib.

Müğənni səhv bir hərəkət edəndə, başlayırsız ki, müğənnilər örnəkdir. Müğənnilər örnək deyil, örnək sizin valideynlərinizdir, atadır, anadır, ailənizdir.

Siz heç azərbaycanlı bir müğənninin övladı harınlanmış hərəkət etsin, zərər vursun, kiminsə həyatını məhv etsin?! İndi başlayacaqsınız ki, siz müğənnilərin o qədər çatışmayan nöqtələriniz var ki... Çatışmayan nöqtələri axtamayın.

Siz öncə özünüzü tərbiyələndirin, maarifləndirin. Öz həyatınızla məşğul olun. Haqqımızda yazırsınız ki, "evli, xoşbəxt, uşaqlı". Nə "evli, xoşbəxt, uşaqlı"qdan danışırsınız? Sizin heç uşağınızdan, ailənizdən xəbəriniz belə yoxdur".

Milli.Az