Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Məni İrəvandan qovublar, bu, haqq savaşımızdır” - Xalq anti-təxribat əməliyyatları barədə nə düşünür? REPORTAJ

“Məni İrəvandan qovublar, bu, haqq savaşımızdır” - Xalq anti-təxribat əməliyyatları barədə nə düşünür? REPORTAJ

Azərbaycanın 12-13 sentyabr tarixlərində çətin dağ relyefində həyata keçirdiyi anti-təxribat əməliyyatı müxalif kəsim və bəzi tanınmış rəy liderləri tərəfindən qınandı. Onlar iddia etdilər ki, Azərbaycan ordusu Ermənistan ərazisinə girib və bu, işğaldır.

Öz ölkəsini və ordusunu qınayan, suçlayan bu cür səbatsızlara, “erməni dəyirmançıları”na cəmiyyətimiz və dövlət yetkililəri tutarlı cavab verdilər. Bildirildi ki, Azərbaycan ordusu şərti, delimitasiya və demarkasiya olunmamış sərhədlərimizdəki bir sıra ərazilərdə yerləşən hərbi hədəfləri vurub. Buna səbəb həmin ərazilərdən Azərbaycan ordusunun sərhəd məntəqələrinə, postlarına zərbələrin yağdırılması olub. Ermənistan tərəfi açıq-aydın şəkildə ordumuza qarşı təxribatlar edir, əsgərlərimizin həyatına təhlükə yaradır.

Məhz belə təxribatlar nəticəsində 12-13 sentyabr tarixində çoxsaylı şəhidimiz oldu. Məhz bunlardan sonra Azərbaycan ordusu hərəkətə keçib, cavab xarakterli əməliyyat hazırlayıb və yalnız legitim hərbi hədəfləri vurub. Bütün bunlar beynəlxalq hüquq normaları çərçivəsində aparılıb. Əks halda BMT Təhlükəsizlik Şurasında və başqa beynəlxalq qurumlarda Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı. 

Bəs vətəndaşlar anti-təxribat əməliyyatı barədə nə düşünür? Azərbaycan ordusuna yönəlik iradlara münasibət necədir?

 Musavat.com “TV Musavat”ın reportajını təqdim edir:

Nigar HƏSƏNLİ,


Alim LİFTİYEV,
Rafət ŞAHBAZOV