Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Məşhur idmançımız UFC ilə müqavilə imzaladı

ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) mübarizə aparan azərbaycanlı idmançı Nazim Sadıxov nüfuzlu Ultimate Fighting Championship (UFC – Mütləq Döyüş Çempionatı) idman təşkilatı ilə müqavilə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a ildiriblər ki, müqavilə həftənin ikinci günü onun “Dana White's Contender Series 50” yarışında qələbəsindən sonra baş verib. Soydaşımız sözügedən yarışda Ahmad Həsənzadəyə qalib gəlib.

Qeyd edək ki, Nazim Sadıxovun ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu York şəhərinə köçüb. 28 yaşlı idmançı bu ilin martında Hyuston şəhərində keçirilən “Fury FC 59” yarışında mühüm qələbə qazanaraq, Texas ştatının çempionu olub. ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edən soydaşımız hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

Qeyd edək ki, Las-Veqasda yerləşən UFC qarışıq döyüş növü üzrə dünya miqyaslı yarışlar təşkil edir.