Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək-Rəsmi mövqe

Macarıstan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək-Rəsmi mövqe

“Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının səkkizinci paketini enerji sahəsini əhatə etdiyi təqdirdə dəstəkləməyəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin administrasiyasının rəhbəri Gergely Qulyaş bildirib.

Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini yaxın vaxtlarda elan etməyə hazırlaşır. Burada ticarət məhdudiyyətlərinin sərtləşdirilməsi, daha çox şəxslərin qara siyahıya salınması və üçüncü ölkələr üçün neft qiymətlərinin məhdudlaşdırılması nəzədə tutulub. Maraqlıdır ki, təklif olunan sanksiyalar Rusiya almazlarının idxalına qadağa gətirmir.

Amma sanksiyalar tətbiq etmək üçün Aİ dövlətləri arasında həmrəyliyə ehtiyac yaranıb. Macarıstanın baş naziri Viktor Orban sanksiyalara qarşı çıxıb və onların enerji qiymətlərini artıraracağını söyləyib. Macar hökumətinin rəhbərinin fikrincə, bu sanksiyalar Avropa iqtisadiyyatına zərbə vurmaqla yanaşı tamamilə əks nəticələrə gətirib çıxarıb.

"Macarıstan Avropa Birliyini qorumaq üçün çox şey edib, lakin paketdə enerji sanksiyaları varsa, biz onları dəstəkləyə bilmərik və etməyəcəyik. Biz sanksiyaların yekun, tam siyahısını gözləyirik və bundan sonra bununla bağlı razılığa gələ bilərik. Macarıstan enerji sanksiyalarını dəstəkləyə bilməz ", - deyə Gergely Qulyaş brifinqdə qəti mövqe ortaya qoyub.

Qeyd edək ki, Avropa Birliyi son dövrlərdə Macarıstana milyardlıq yardımların demək olar ki, hamısını kəsib. Bu da Brüssel və Budapeşt arasında ciddi siyasi gərginliyə səbəb olub.

Musavat.com