Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Meta" Rusiyada daha bir "trol fabriki"ni İFŞA ETDİ

“Meta” şirkəti “Putinin aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojinin “İnternet Araşdırmalar Agentliyi” ilə əlaqəli “trol fabriki”nin ləğv edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında deyilir.

Xüsusilə "Meta", Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir ay sonra Sankt-Peterburqdakı ofis binasında yerləşən və "Cyber ​​​​​Front Z" adı altında fəaliyyət göstərən "fiziki trol ferması" aşkarladıqlarını bildirib. Trolların hədəf auditoriyası bir sıra sosial şəbəkələrin, xüsusən də "Twitter", "LinkedIn", "Facebook" və "Instagram" istifadəçiləri olub.

""Cyber ​​​​Front Z", insanları ictimai xadimlərin, jurnalistlərin, siyasətçilərin, Ancelina Coli və Morqan Friman kimi məşhurların sosial şəbəkələrdəki paylaşımlarına Rusiyayönlü şərhlər yazmağa təşviq edən Telegram kanalını idarə edirdi", - Meta qlobal təhlükə kəşfiyyatının rəhbəri Ben Nimmo mətbuat konfransında bildirib.

“Troll fabriki” ilə bağlı hesablar hələ aprel ayında ləğv edilib. Ümumilikdə "Meta" 45 "Facebook" hesabını və 1037 "Instagram" hesabını dondurub. Eyni zamanda, şirkət nümayəndələri şəbəkənin fəaliyyətini “yöndəmsiz” və “səmərəsiz” kimi qiymətləndiriblər.

Əvvəllər bildirilmişdi ki, ABŞ Dövlət Departamenti rusiyalı iş adamı Yevgeni Priqojin, onun “İnternet Araşdırmalar Agentliyi” əlaqədar şəxslər və təşkilatların ABŞ seçkilərinə müdaxiləsi barədə məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edib .

Priqojin “İnternet Araşdırmalar Agentliyi” ilə yanaşı, Ukrayna, Suriya və dünyanın digər ölkələrində hərbi əməliyyatlarda iştirak edən “Vaqner” özəl hərbi şirkəti ilə də əlaqəlidir. ABŞ iş adamının özündən başqa, adıçəkilən təşkilatlarla əlaqəli bir neçə adam axtarır.

Hüseyn İbadlı