Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Microsoft"un bu proqramı "Apple"dan silinir

"Microsoft"un bu proqramı "Apple"dan silinir

"Microsoft", "Apple iOS" cihazları üçün "Swiftkey" dəstəyini dayandıracağını açıqlayıb.

Day.Az sia-ya istinadən xəbər verir ki, "The Economic Times"da çıxan xəbərə görə, 5 oktyabrda silinəcəyi açıqlanan "Swiftkey" tətbiqi artıq App Store-dan yüklənə bilməyəcək. "Microsoft" tərəfindən edilən şərhdə, "Biz "Swiftkey" iOS üçün dəstəyi dayandırırıq. Məhsulumuzun istifadəçisi olduğunuz üçün təşəkkür edirik. Tətbiq 5 oktyabr 2022-ci ildə App Store-dan silinəcək"-deyə, bildirilib.

"Microsoft" 2016-cı ildə iOS və Android sistemlərində ən populyar klaviatura proqramlarından biri olan "SwiftKey"i 250 milyon dollara satın alıb. 2010-cu ildə Android platformalarında çıxan və 2014-cü ildə iOS App Store-a gələn "Swiftkey" istifadəçilər tərəfindən böyük heyranlıqla istifadə edilib. "Microsoft", digər tərəfdən, sözügedən klaviatura tətbiqinin oktyabrın 5-dən etibarən APP Store-dan silinəcəyini açıqlayıb. Bir ildən artıqdır ki, App Store-da yenilənməyən "Swiftkey" üçün istifadəçilər şikayətlərini dilə gətirirlər. Oktyabrın 5-də silinəcək "Swiftkey" artıq Apple cihazlarında mövcud olmayacaq.