Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Milyonlarla britaniyalı ilkin ehtiyacları ödəyə bilmir

Milyonlarla britaniyalı ilkin ehtiyacları ödəyə bilmir

İngiltərədə üç milyondan çox insan diş pastası kimi gündəlik məhsullara olan əsas ehtiyacları ödəyə bilmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “İndependent” qəzeti məlumat yayıb.

"The Hygiene Bank" xeyriyyə təşkilatının araşdırmasına görə, yüksək enerji xərcləri və artan ərzaq qiymətləri ilə mübarizə aparan britaniyalılar üçün şampun və yuyucu vasitələri də əlçatmaz görünür.

Keçən ay hökumət iki il ərzində qiymətləri dondurmaqla qaz və elektrik enerjisinə görə yüksək ödənişlərin zərbəsini yumşaltmağa çalışıb.

Bununla belə, maaşlar artan inflyasiyaya tab gətirə bilmədiyi və artan faizlər səbəbindən ipoteka kreditləri bahalaşdığı üçün bir çox ailələr olduqca çətin vəziyyətə düşüb.

Yaşayış böhranının ən çox yoxsullara zərbə vurduğu qeyd edilir, çünki onlar daha varlı ev təsərrüfatları ilə müqayisədə gəlirlərinin çoxunu enerji və əsas ehtiyaclara xərcləyirlər.

“The Hygiene Bank”ın hesabatında Böyük Britaniyada 3,150,000 insanın (və ya əhalinin 6 faizi) ehtiyac içində olduğu göstərilib. Əlillər də qeyri-mütənasib şəkildə əziyyət çəkirlər: onların 21%-nin əsas tələbat mallarının xərclərini ödəyə bilmədiyi qeyd olunur.

İnflyasiyanın təsirinə məruz qalanların təxminən 13 faizi aztəminatlı ailələrdir. 11%-i 18-34 yaş arasındadır, digər 11 faizi isə etnik azlıqlara aiddir.

Musavat.com