Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Əminə Ərdoğan Zelenskaya ilə görüşdü

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Ə.Ərdoğan Ukrayna prezidentinin xanımını İstanbulda qəbul etməkdən şad olduğunu bildirib:

"İnanıram ki, biz Ukrayna xalqının, xüsusən də müharibə qurbanı olan qadın və uşaqların yaralarını birlikdə sağaldacağıq".

Ərdoğanın xanımı, Türkiyənin sülhün bərqərar olması üçün hər sahədə diplomatik mübarizəsini prosesin əvvəlində olduğu kimi davam etdirəcəyini vurğulayıb.

"Fürsətdən istifadə edərək, Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayaraq qlobal çağırışımızı dəstəklədiyi üçün xanım Zelenskaya təşəkkür etmək istərdim", - o, Zelenskayaya təşəkkür edib.

Hüseyn İbadlı