Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Moody's” İtaliyanın kredit reytinqi üzrə proqnozunu aşağı saldı

“Moody's” beynəlxalq reytinq agentliyi İtaliyanın kredit reytinqi üzrə proqnozunu yeniləyib.

Publika.az xəbər verir ki, agentlik İtaliyanın kredit reytinqini “BAA3” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozunu isə “stabil”dən “neqativ”ə dəyişib.

Agentlik bildirib ki, 2021-ci ildə və 2022-ci ilin əvvəlində iqtisadi artım və maliyyə inkişaflarında müsbət tendensiyalar müşahidə olunub. Lakin geosiyasi proseslər və ölkədaxili siyasi inkişaflar səbəbindən son dövrlərdə İtaliyanın kredit profili üzrə risklər artıb. Ölkədəki hazırkı siyasi mühit struktur islahatlarının həyata keçirilməsinə mane olur, enerji təchizatındakı çətinliklər də iqtisadi gözləntilərin zəifləməsi riskini artırır.

İqtisadi artımın zəifləməsinin, artan maliyyələşmə xərclərinin və potensial olaraq zəifləyən maliyyə intizamının İtaliyanın iqtisadi gücünün daha da zəifləməsi üçün risklər daşıdığı qeyd olunub.