Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ən güclü təbii öskürəkkəsicinin nə olduğunu bilirdinizmi?

Kişmişin tərkibi mineral duzlar, orqanik turşular və vitaminlərlə zəngindir. Onun tərkibində olan qlükoza və fruktozanın miqdarı üzümün tərkibindən 8 dəfə çoxdur. Kişmişin tərkibindəkilər ondan davamlı qəbul edənlərdə osteoparozun qarşısını alır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən daha çox olduğu isə mütəxəssislər tərəfindən təsdiqlənib. Kişmişin aşağıdakı faydaları vardır:
*Az miqdar qara üzüm yemək ağız boşluğunda olan bakteriyaları öldürür.
* 100 qram kişmiş ət maşınından keçirilir və 1 stəkan suda 10 dəqiqə qaynadılıb tənzifdən süzülür. Bu dəmləməni içmək arterial təzyiqi aşağı salır. Gün ərzində bundan 2 dəfə istifadə edilərsə, yüksək təzyiqdən əziyyət çəkənlərin təzyiqi normaya düşür. Bundan başqa dəmləmə qaraciyər və öd kisəsi xəstəliklərinin müalicəsi zamanı çox faydalıdır.
* Əsəbləri narahat olub hər şeyə qıcıqlanan adamlar 1 çay qaşığı kişmişi axşamdan soyuq suda isladıb səhər onu çoxlu çeynəyərək suyu ilə birlikdə udsalar, gün boyu əsəbləri sakit olar.
* Kişmişin çəyirdəyi əzilib soğan suyu ilə qarışdırılıb içildikdə öskürəyi kəsir. Bu resept soyuqlama və angina zamanı çox faydalıdır.
* 100 qram kişmiş qaynar suda 10 dəqiqə dəmlənir, üzərinə 1 xörək qaşığı soğan suyu əlavə edilib gündə 3 dəfə, hər dəfə yarım stəkan içildikdə öskürək kəsilir. Bu resept ən güclü öskürəyi kəsmək qabiliyyətinə malikdir.
* Güclü öskürək zamanı 30 qram kişmiş qaynadılıb soyumuş suda islanır və 2 saat sonra qaynar südə qatılıb yatmazdan əvvəl içilir, kişmişlər isə çeynənib yeyilir.

Milli.Az