Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Nəvəsinin xına gecəsində iştirak etmək istəyən 90 yaşlı nənəni səhvən güllələdilər - FOTOLAR, VİDEO

Türkiyədə dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, Adanada nəvəsinin xınasına gələn 90 yaşlı Rahime Eker məhəllədə iki qrup arasında baş verən toqquşma nəticəsində həyatını itirib.

Ən xoşbəxt günləri qan içində keçən bəylə gəlin baş verənlərdən sonra şoka düşüblər. 

Adananın Yüreğir rayonunda iki silahlı qrup arasında baş verən qarşıdurmada nəvəsinin xınasına gələn yaşlı qadının ölümü ailəsini dərindən sarsıb. Polis qrupları təcavüzkarları tutmaq üçün iş başlayıb, yaralanan 4 nəfər xəstəxanada müalicə altına alınıb.

Nəvəsinin xına mərasiminə gələn və küçədə əlil arabasında əyləşən 90 yaşlı Rahime Eker toqquşma zamanı səhvən güllələrin başına dəyməsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Bu arada Ekerin qohumu Side Yıldız da eyni güllələrdən yaralanıb. Side Yıldız avtomobillə xəstəxanaya aparılıb.

Musavat.com