Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Omikronun yeni yarımnövünün xüsusiyyətləri - Çox təhlükəlidir!

Koronavirusun B.A.5 omikron ştammının “ninza” adlandırılan yeni alt növünün əvvəlkilərdən daha təhlükəli olduğu ortaya çıxıb. Çünki o, antikorlardan yaxşı qaçır və daha sürətli çoxalır.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı bioloq Ança Baranova danışıb. O, əlavə edib ki, “ninza” ştammının başqa bir əlaməti onun təkrar infeksiya yarada bilmək qabiliyyətidir.

“O, əvvəlki variantlardan kifayət qədər fərqlidir, hətta birinci və ikinci omikronu keçirən xəstələri yoluxdura bilir. “Ninza” ştammı Cənubi Afrikadan gələn, mutasiyaya uğramış koronavirusun beşinci xəttidir. İmmunitet reaksiyasından yayınma və antikorlardan yayınma qabiliyyətinə görə o, “ninza” adlandırılır. Virus bütün bədənə yayılana qədər immunitet bu gərginliyi hiss etmir” , - həkim qeyd edib.

Məlumat üçün bildirək ki, hazırda bu ştamm daha çox ABŞ və Qərbi Avropada yayılıb. Avqustun 9-da isə Belarusun paytaxtı Minskdə də "ninza"ya ilk yoluxma halı aşkarlanıb.